Qraparak: DQR artıq Ermənistan hakimiyyətinin erməniləri bütün Qarabağdan qovmaq planlarına şübhə etmir

0

“Artsaxlılar” düşünürlər ki, bir gün Paşinyanın konspirativ qərarı nəticəsində ermənilərin Xankəndindən və Qarabağın digər yaşayış məntəqələrindən qovulması da baş verəcək.

Qarabağda heç bir şübhə yoxdur ki, Ermənistanın baş naziri Paşinyan erməniləri bütün Qarabağdan qovmağı planlaşdırır, əks halda Berdzor, Aqavno və Sus kəndlərindən təxliyə edilmiş vətəndaşlar mütləq Qarabağa köçürülərdi və Qarabağa, ya Ermənistana köçmək seçim hüququ da verilməzdi.

Bu barədə “Hraparak” qəzeti mövzunu barədə yazır. “Belə olan halda insanlar Ermənistana köçməyə üstünlük verirlər, çünki onlar düşünürlər ki, nə vaxtsa Paşinyanın konspirativ qərarı nəticəsində Stepanakertdən və Qarabağın digər yaşayış məntəqələrindən də ermənilərin qovulması baş verəcək.

Artıq bir neçə gündür ki, Laçının Berdzor və Ağavno kəndlərinin sakinlərinin əmlaklarının təxliyyəsi dövlət səviyyəsində təşkil olunub. Əvvəlcə Hin Şen kəndində Aqavno sakinləri üçün evlərin təmir olunduğu deyilirdi, lakin müəyyən mərhələdə planlar dəyişdi. Elə ailələr var ki, artıq köçüblər.

Onların bir qismi Qarabağın başqa rayonlarına, çoxu isə Ermənistana köçüb, amma indiyə qədər heç kim tamamən köçməyib. Sus kəndinə gəlincə, o, müharibədən dərhal sonra boşaldılıb. Orada 100-ə yaxın ailə yaşayırdı. İlkin məlumatlara görə, göstərilən üç kəndin əhalisinin cəmi 10-15%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib”, – qəzet qeyd edir.

Xatırladaq ki, bu il Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhəri və onun kəndlərini tərk edəcəklər. 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.

Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.

Söhbət “Laçın dəhlizi” adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »