Elektromobillər (e-mobil) dünyada son illərdə olduqca böyük populyarlıq qazana bilmişdirlər. Bu trend bütün innovativ həllər kimi, Azərbaycana da ləng addımlarla gəlir. Ölkəmizdə pandemiyadan sonra yanacaq qiymətinin sürətlə artması bu prosesi bir qədər sürətləndirib, lakin onun təbii inkişafına mane olan addımlardan biridə dövlət qurumlarının, bu tip avtomobillərin təşviqi ilə bağlı atdığı – daha doğrusu atmadığı addımlarla bağlıdır.
Digər ölkələrdə, hətta bəzi qonşu ölkələrdə bu tip avtomobil sahiblarinə xüsusi güzəştlər verdildiyi halda, Azərbaycanda uzun müddət nə bu güzəşlər təqdim edilməyib, nədə ki düz əməlli vergi gömrük siyasəti formalaşdırılmayıb. Bunlar bir kənara, bu tip avtomobillərin icbari sığortası isə uzun müddət problem olaraq sürücüləri incidib.
Ölkəmizdə avtomobillərə tətbiq edilən yüksək gömrük rüsumlarını nəzərə alaraq, Banker.az Azərbaycan ərazisində rəsmi və qeyri rəsmi distributorlar tərəfindən təqdim edilən yeni e-mobillərin bazarını araşdıraq bazardakı qiymətlər haqqında ümumi informasiya təqdim edir.
Qeyd edək ki, bu siyahıda avtomobillər ən ucuz komplektasiyada nəzərə alınmışdır. Siyahıya, bəzi populyar modellər daxil edilməyib, səbəb qeyd olunan modellərin qiymətinin satışı həyata keçirən şirkətdən alına bilməməsi və satışda tapa bilmə imkanımızın olmaması ilə bağlıdır