Baş Prokuror Kamran Əliyev Oğuz, Şəki, Qəbələ sakinlərini qəbul edib.- FOTO

0

Avqustun 9-da Baş prokuror Kamran Əliyev Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul etmişdir.

İctimairey.az Baş Prokurorluğun məlumatına əsasən verir ki,  əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.Возможно, это изображение 7 человек, люди сидят, люди стоят и в помещении

Qəbulda iştirak edən 19 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdir.Возможно, это изображение 4 человека, люди сидят и люди стоят

Qəbuldan sonra Baş prokuror Şəki və Qəbələ rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.Возможно, это изображение 5 человек, люди стоят, на открытом воздухе и текст «ĞUZ RAYON PROKURORLUĞU»

 

 212 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »