Azərbaycan və Əlcəzair diplomatik və xidməti pasportlara malik şəxsləri qarşılıqlı vizadan azad edəcək
Azərbaycan və Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər qarşılıqlı vizadan azad ediləcək.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycan və Əlcəzair xarici işlər nazirlikləri arasında iki sənəd imzalanıb.
“İki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında və iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair protokol imzaladıq”, – deyə C.Bayramov qeyd edib.