“Tank biatlonu” müsabiqəsi: Komandamız Monqolustan tank heyəti ilə yarışacaq.- FOTO

0

Bu gün Moskvada “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

İctimairey.az MN-in Mətbuat xidmətinin məlumatına görə bildirir ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.

Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.

 188 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »