Zoopark onlarla aslanı şəxsi kolleksiyaçılara hərraca çıxaracaq

0

Pakistan zooparkı ailə şir sürüsünə yer açmaq üçün, şəxsi kolleksiyaçılara onlarla aslanı hərraca çıxaracaq.

Lahor Safari Zooparkında o qədər böyük pişik var ki, aslanlar və pələnglər qidalanma üçün nəzərdə tutulmuş yerdə “növbəyə durmalı”dırlar, – zooparkın direktor müavini Tanveer Əhməd Canjua bildirib.

Zooparkda hazırda 29 şir yaşayır və rəsmilər avqustun 11-də onlardan yaşları iki ilə beş arasında olan 12 aslanı satmaq üçün, hərrac keçirməyi planlaşdırır. Aralarında altı yerli pələng və iki yaquar da var.

Mühafizəçilər satışın əleyhinədirlər və ÜVTF (Ümumdünya Vəhşi Təbiət Fondu) ətraf mühit qrupu yırtıcıların başqa zooparklara köçürülməli və ya dişiləri sterilizasiya edilməli olduğunu deyir.

Aslanları, pələngləri və digər ekzotik vəhşi heyvanları ev heyvanı kimi saxlamaq Pakistanda qeyri-adi deyil və status simvolu kimi qəbul edilir. Varlı sahiblər sosial şəbəkələrdə böyük pişiklərinin şəkillərini və video kliplərini yerləşdirir və onları kino və fotosessiya üçün rekvizit kimi icarəyə verirlər.

Zoopark rəsmiləri bir aslan üçün 150.000 Pakistan rupisi (700 dollar) müəyyən ediblər, lakin hər böyük pişiyin təxminən iki milyon rupi gəlir gətirəcəyinə ümid edirlər.

Lakin hərracda hər kəs iştirak edə bilməz. Janjua, alıcıların əyalət hökumətlərində qeydiyyatdan keçməli və canlılara lazımi qayğı və sığınacaq təmin etmək üçün, vasitələrinə sahib olduqlarını göstərməli olacaqlarını bildirilir.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »