Tramp yaxınlaşan III Dünya Müharibəsini proqnozlaşdırıb: Pelosi dəlidi

0

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Amerika dövlətinin hazırkı rəhbəri Co Baydenin administrasiyasının səriştəsizliyi üçüncü dünya müharibəsinə səbəb ola bilər. Tramp bu fikrini Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında  bildirib.

“Hər şey bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsinə gələcəyimizlə bitə bilər” deyib.

Tramp vurğulayıb ki, bundan sonrakı müharibə “tarixin ən pisi” olacaq, çünki ölkələr indi inanılmaz dərəcədə dağıdıcı silahlardan istifadə edə bilər.

ABŞ-ın keçmiş prezidenti əmindir ki, prezidentlik dövründə Ukraynada hərbi əməliyyatlar və Nensi Pelosinin Tayvana səfəri kimi hadisələr mümkün olmayacaq. Tramp deyib ki, ABŞ hakimiyyət orqanları xaricdə “gülünc və sonsuz” hərbi münaqişələrlə məşğul olmamalıdır, çünki bu, Amerika vətəndaşlarının ehtiyaclarını ödəmir.

Daha əvvəl Tramp bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndəsi Nensi Pelosi Taypeyə səfəri ilə, Çinə hərbi münaqişəyə başlamaq üçün əsas verib. O, Pelosini “dəli” adlandırıb və onun hərəkətinin Tayvan üçün, son dərəcə ciddi nəticələr verəcəyinə əmin olduğunu bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »