Qazaxıstan Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbuledilməz adlandırıb

0

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər, onların təşkilatçılarının məsuliyyətə cəlb edilməsi üçün, hərtərəfli araşdırılmalıdır – XİN KR

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbuledilməz adlandırıb.

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar olaraq, biz diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik”, – Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarının məsuliyyətə cəlb edilməsi üçün, hərtərəfli araşdırma tələb olunur.

Xarici İşlər Nazirliyi Azərbaycan xalqının dözümlülüyünə əminliyini ifadə edib və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.

Azərbaycanın Londondakı səfirliyinə hücum olub

Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qrup tərəfindən basqın edilib.

Azərbaycanın Londondakı diplomatik nümayəndəliyinə soxulanlar “Mehdi Qulluqçuları İttifaqı” radikal dini qrupunun üzvləridir.

Yerli mətbuatın məlumatına görə, bu, Londonda yerləşən şiə müsəlmanların təşkilatıdır.

Sosial şəbəkələrdə yayılan videolarda qrup üzvlərinin Azərbaycan səfirliyinin eyvanından bayraqlar dalğalandırdıqları, divara ərəb dilində şüarlar yazdıqları və Azərbaycan bayrağını yıxdıqları görünür.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, qrup üzvləri diplomatik nümayəndəliyin binasına soxularaq vandalizm aktı törədiblər.

Nazirlik qeyd edib ki, diplomatik nümayəndəliklərin və diplomatların mühafizəsinin təmin edilməsi məsələsində beynəlxalq hüququn tələblərinə əməl olunmasının zəruriliyi ilə bağlı rəsmi Bakının mövqeyi Böyük Britaniyanın müvafiq strukturlarının diqqətinə çatdırılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »