Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 723 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 095, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 233 nəfərdir.