Avqustun 4-də Ukraynanın dövlət büdcəsinə Albaniya hökumətindən 1 milyon avro məbləğində qrant vəsaiti daxil olub.
Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ukraynanın Maliyyə Nazirliyi Ukraynanın Albaniyadakı səfirliyi ilə əməkdaşlıq edərək, Ukrayna Dövlət Xəzinədarlığının hesablarına maliyyə yardımının daxil olmasını təmin edib”, – məlumatda deyilir.
“Beynəlxalq tərəfdaşlarımızın dəstəyi Ukraynanın qələbəsini sürətləndirir.
Biz Rusiyanın genişmiqyaslı işğalı qarşısında dövlətimizə kömək etdiyinə görə Albaniya hökumətinə minnətdarıq. Bu vəsaitlər Ukraynanın maliyyə sisteminin sabitliyini gücləndirəcək”, – deyə Ukraynanın maliyyə naziri Serhi Marçenko bildirib.
Bu vəsait Ukraynanın dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək, Maliyyə Nazirliyi izah edib.