Çin XİN-i Tayvanla bağlı G7 bəyanatından sonra, Aİ diplomatlarını çağırıb

0

Çinin xarici işlər nazirinin müavini Denq Li təcili olaraq, Çindəki Avropa İttifaqı diplomatlarını çağırıb. O, həmçinin G7-nin Tayvanla bağlı bəyanatını şərh edərək, bunu “faktları təhrif edən” adlandırıb.

Məlumata görə, Denq Li G7 ölkələrinin Tayvan yarımadasında gərginliyin artması ilə bağlı bəyanatını ÇXR-in daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Onun sözlərinə görə, Çin bu cür çıxışları birbaşa siyasi təxribat hesab edir. O, Qərb ölkələrinin “ciddi səhvə” yol verdiyini və Tayvandakı separatçılara yanlış siqnal göndərdiyini vurğulayıb.

“Çin buna qəti etiraz edir” – Deng Li deyib. O əlavə edib ki, Tayvan ətrafındakı vəziyyət Çin və digər dövlətlər arasında yeni tərəfdaşlıqların başlanması üçün siyasi əsasdır.

Xarici işlər nazirinin müavini vurğulayıb ki, dünyada yalnız bir Çin var  və Tayvan həmişə onun bir hissəsi olacaq.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfər etdiyi bildirilib. Çin buna qəti etirazını bildirib və Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, onların belə bir hərəkəti ciddi nəticələrlə nəticələnəcək. G7 ölkələri bəyanat yayaraq, Çini bölgədəki status-kvonu dəyişməz saxlamağa çağırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »