İraqlı etirazçılar və iranpərəst qruplar ABŞ-ın Bağdaddakı hərbi bazasına hücum edib.
Etirazçılar İraq paytaxtının “yaşıl zona” adlanan ərazisində yerləşən ABŞ hərbi bazasına və ABŞ səfirliyinə qəfil hücum ediblər. Etirazçıların silahlı olması ilə yanaşı, sonuncular ağır tikinti texnikasından fəal şəkildə istifadə edir və artıq ABŞ hərbçilərinin istehkamlarını məhv edir və bununla da Bağdadda ABŞ hökumətinin nəzarətində olan əraziləri ələ keçirmək niyyətlərini nümayiş etdirirlər.
Mediya xəbər agentliklərinin əldə etdiyi video görüntülərdə ABŞ hərbi bazasına və ABŞ səfirliyinə hücum göstərilir. Etirazçılar yol və tikinti texnikasından istifadə edir, xüsusən, söhbət buldozer və ekskavatorlardan gedir və Amerika obyektlərinin kənarındakı istehkamları sözün əsl mənasında sökürlər.
Hazırda ABŞ hərbçiləri etirazçıların yatırılmasında iştirak etmir, lakin havada atışma səsləri eşidilir ki, bu da ciddi toqquşmaların ola biləcəyindən xəbər verir.
Məlumdur ki, ABŞ hərbçiləri artıq hərbi obyektdə müdafiə mövqelərini tutub, etirazçılarla qarşıdurmaya hazırlaşırlar ki, bu da vəziyyətin kritik olduğundan xəbər verir.
Bundan əvvəl həm etirazçılar, həm də İraqın polis və ordu hissələri arasında bir neçə yüz qurbanın olduğu məlum olub.