Dünyanın 75-dən çox ölkəsinə yayılan meymun çiçəyi Yaponiyada da rast gəlinib. Bu, ölkədə ilk meymun çiçəyi hadisəsi kimi qeydə alınıb.
Dünyanın 75-dən çox ölkəsinə yayılan meymun çiçəyi virusu Yaponiyada da görülüb.
Yerli mətbuatın məlumatına görə, ölkədə ilk meymun çiçəyi xəstəliyi Tokio ətrafında aşkarlanıb.
Ölkədə ilk hadisə görüldükdən sonra, həyəcan səviyyəsi 1-ə qaldırılıb, hökumət meymun epidemiyası ilə mübarizədə yol xəritəsini müəyyən etmək üçün, işçi qrupu yaradıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 23-də meymun epidemiyasını Beynəlxalq İctimai Sağlamlıq Təcili (BİST) elan etdikdən sonra, Yaponiya xaricdəki vətəndaşlarını həftə sonu xəstəliyə qarşı daha ayıq olmağa çağırıb.
ÜST indiyədək 75 ölkədən 16 mindən çox meymun çiçəyi hadisəsini təsdiqlədiyini və 5 nəfərin öldüyünü açıqlayıb.