Masallının yeni icra başçısı DTX generalıdır – Dosye

0

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ictimairey.az xəbər verir ki, Araz Əhmədovun Dövlət Təhlükəsizlik Xidmətinin general-mayoru olub.
Əslən Ordubad rayonunun Biləv kəndindən olan Araz Süleyman oğlu Əhmədov uzun illər təhlükəsizlik xidməti orqanlarında çalışıb.

1-ci və 2-ci Qrabağ müharibəsinin iştirakçısı olan Araz Əhmədov 1998-ci ildə mərhim prezident Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və  istintaq tədbirlərinin həyata keçirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə mayor Əhmədov Araz Süleyman oğlu “Hərbi  xidmətlərə görə” medalı ilə təltif edilib.

Daha sonra polkovnik rütbəsi alan Araz Əhmədov Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərmana əsasən 24 dekabr 1998-ci il general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »