Mariya Zaxarova Odessa limanına hücumla bağlı xəbərləri açıqlayıb.
Rusiya “Kalibr” raketləri ilə Odessa limanının hərbi infrastrukturunu məhv edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kalibrli raketlər Odessa limanının hərbi infrastrukturunu dağıdıb, Ukraynaya məxsus hərbi gəmini yüksək dəqiqliklə Kiyev rejiminin sevimli ünvanına göndərib”, – Zaxarova teleqram kanalında yazıb. Belə ki, o, Ukrayna prezidenti Vladimir Zelenskinin Odessa limanının atəşə tutulması ilə bağlı bəyanatını şərh edib.
Ukrayna mətbuatı daha əvvəl bəyan etmişdi ki, Rusiya hərbçiləri Odessa limanında Ukrayna Silahlı Qüvvələrinə zərbələr endiriblər. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın bu işə qarışmadığını və hadisənin araşdırıldığını bildirib. Rusiya fevralın 24-dən Ukraynada xüsusi əməliyyat keçirir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, məqsəd Donbasın azad edilməsidir.