Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
İctimairey.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə bildirir ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.