Türkiyə hərbi bazası İranın pilotsuz təyyarələri ilə vurulub- VİDEO

0

Gecə saatlarında Türkiyə Silahlı Qüvvələrinin Bamarnidəki hərbi bazasına pilotsuz təyyarələrin köməyi ilə güclü zərbə endirilib.

Söhbət Şimali İraqda yerləşdirilən türk hərbçilərinə qarşı ən böyük hücumdan gedir. Hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi obyektinin infrastrukturuna çox ciddi ziyan dəyib, mənbələr isə İranın “Ababil-2” pilotsuz təyyarələrinin çoxsaylı hücumları nəticəsində türk hərbçilərinin çox ciddi itkilər verdiyini bildirir.

Təqdim olunan videogörüntülərdə Türkiyənin Bamarnidəki hərbi bazasına ən azı 3 ədəd Ababil-2 kamikadze pilotsuz təyyarənin buraxıldığını görə bilərsiniz, lakin İraq kürdləri hücumun daha güclü olduğunu və eyni vaxtda bir neçə istiqamətdən həyata keçirildiyini bildirirlər. Kamikadze dronları maksimum zərərin vurulmasını təmin etməyə imkan verib.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »