Bir neçə gündür Bakıda qonaq olan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya dünən Azərbaycan Yazıçılar Birliyinin Birinci Katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb.
Natalya xanım dünya şöhrətli Çingiz Abdullayevin fanatı olduğunu və Çingiz müəllimlə görüşməyin həyatındakı arzularından biri olduğunu bildirib.
Dünya detektiv ədəbiyyatının inkişafına öz bəhrələrini verən, 23 ölkədə 20 milyon nüsxə ilə kitabları nəşr etdirən Ç. Abdullayevin yaradıcılığından nümunələr səsləndirən Natalya xanım Krımda hər zaman həmvətənləri ilə ustadın xatırlandığını vurğulayıb.
Natalya xanım görüşdə iştirak edən BƏC İB-in sədri Tahir Xudiyevlə məsləhətləşərək, Krımda dünyaşöhrətli yazıçının oxucuları ilə görüş keçirmək niyyətində olduğunu, lakin məlum müharibənin buna imkan vermədiyindən təəssüf hissi keçiridiyini söylədi. Buna baxmayaraq, o, bildirdi ki, gələcəkdə münasib bir vaxtda Krımda görüşün keçirilməsi məsələsi öz qüvvəsində qalır.
Çingiz Abdullayev bu görüşdən məmnun olduğunu bildirmiş və öz imzası ilə Natalya xanıma iki kitabını hədiyyə etdi.
Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzeti