FHN: 22 iyulda ölkə daxilində baş verən hadisələrdə xilasetmə təmin edilib

0

İctimairey.az-a FHN-in Mətbuat xidmətindən bu günə daxil olan məlumatlar;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan mebel sexində 1 ədəd dəzgah yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

*

Bakı şəhərinin Yasamal rayonunda “Ford” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Talıbov Çingiz Tələt oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

*
Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxində 3 p.m mebel yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*

Bakı şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »