Qazaxda arvadına baltayla xəsarət yetirər ər saxlanılıb

0

Qazax rayonunda həyat yoldaşını baltalayaraq, ona ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İctimairey.az  Baş Prokurorluğun Qərb bürosunun məlumatına görə bildirir ki, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya baltayla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.

Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Qeyd edək ki, onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər. Cütlüyün 2 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »