Taktarov: Mahaçev – Oliveyra döyüşündə hansı elementin açar olacağını açıqlayıb

0

UFC 6 (Ultimate Fighting Championship, ABŞ-ın Las-Veqas şəhərində yerləşən və bütün dünyada qarışıq döyüş sənətləri üzrə döyüşlərə ev sahibliyi edən idman təşkilatı) turnirinin qalibi, qarışıq döyüş veteranı Oleq Taktarov braziliyalı Şarl Oliveyra ilə rusiyalı İslam Mahaçev arasında keçiriləcək döyüş haqda danışıb.

“Məncə, mövqedə daha güclü olan bu döyüşdə qalib gələcək, çünki onlar yerdə təxminən eyni gücə malikdirlər və orada zərbə vurmağın o qədər də mənası yoxdur. İki böyük partnyor görüşdükdə, tez-tez öz məsələlərini ayaq üstə həll edirlər. QDİ(müxtəlif idman növlərindən olan texnikaları ozündə birləşdirən idman novü) bunun üçündür. Döyüş meydanının seçiminə gəlincə, bunun İslam üçün daha yaxşı olub-olmadığını söyləmək çətindir. Təbii ki, Braziliyada vəziyyət daha pis olardı, çünki Oliveyra yerli – doğma divarları köməyinə gələcəkdi. Amma, o da üç həftəyə Əmirliyə gələcək, tam uyğunlaşacaq və əla formada olacaq. O, artıq oradadır. Ümumiyyətlə, braziliyalılar son 20 ildə Dubaydan çölə çıxmayıblar. Orada çoxdan məktəb açıblar və kiçik bir Braziliya dünyası yaradıblar “deyə Metaratinqs Taktarovdan sitat gətirir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »