Co Bayden Səudiyyə Ərəbistanına səfər edib və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.
Fox News izləyiciləri ABŞ prezidenti Co Baydeni əvvəllər “izqoy ölkə” adlandırdığı Səudiyyə Ərəbistanına səfərinə görə tənqid ediblər. Fox News YouTube kanalının şərhçiləri Baydeni Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa inandırmaq cəhdinə görə, “təlxək” adlandırıblar.
“Co Bayden prezidentliyinin daha bir fəlakətli həftəsini başa vurur. O, daha qəribə səhvlər, daha uğursuz siyasətlər və daha dəhşətli iqtisadi məlumatlarla doludur” dedi Fox News aparıcısı bildirib.
Şərhlərdəki izləyicilər aparıcının qiymətləndirməsi ilə razılaşıblar. “Bütün Səudiyyə Ərəbistanı bu klouna güldü. O, neft diləmək üçün, oraya gedərək bu böyük ölkəni utandırmağa necə cəsarət edib”, – Shawn O adlı istifadəçi yazıb. Bununla belə, Baydenin təkəbbürü istənilən mərhəmətli düşüncəni öldürür”, – Shark Bait adlı istifadəçi yazıb. Tamaşaçı Cey Miner “Bayden tamamilə biabırçılıqdır” yazıb. Tamaşaçı Derek Baker, “Mən Baydenin dünya səhnəsində çıxışını dinləyərkən, gözlərimi yummalı olduğum üçün, çox utanıram” deyib. “Amerika bu kartofu “namizəd” etdiyi üçün bütün alçaldılmalara layiqdir. Kartofun beynəlxalq miqyasda qızardılmasını izləmək utanc verici, lakin əyləncəlidiri”, – istifadəçi Agediinad Xx yazıb.