Azərbaycanda polis avtomobili Kür çayına aşıb, bir nəfər həlak olub. Yenilənib…

0

İyulun 17-də səhər 06:30 radələrində içərisində Yevlax Rayon Polis Şöbəsinin 4 əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »