ŞOK XƏBƏR: İsrail saxta Kevlar dəbilqələrini Ukraynaya təhvil verib – VİDEO

0

Ukraynaya gətirilən İsrail Kevlar dəbilqələrinin ucuz və saxta olduğu üzə çıxıb.

Ukrayna hərbçiləri İsrail Kevlar dəbilqələrinin atıcı silahların zərbələrinə tab gətirmək qabiliyyətini nümayiş etdirib. İlk sınaq zamanı məlum olub ki, dəbilqələr, ümumiyyətlə, əsgəri qorumaq üçün nəzərdə tutulmayıb – 9 mm-lik tapançadan atılan güllə Kevlar dəbilqəsini deşib.

Təqdim olunan videogörüntülərdə Ukrayna hərbçilərinin İsraildən gətirildiyi iddia edilən Kevlar dəbilqəsini sınaqdan keçirdiyini görmək olar. 9 mm-lik tapançadan təxminən 10-12 metr məsafədən atəş açılması nəticəsində, güllə mühafizəni asanlıqla yarıb qarşı tərəfdən çıxır. Döyüşdə belə bir zərbə baş verərsə, əsgərin sadəcə sağ qalmaq şansı olmayacaqdı. Ukrayna hərbçilərinin sözlərinə görə, İsrail sadəcə olaraq, Ukraynaya ucuz saxta mallar, keyfiyyətsiz dəbilqələr çatdırıb.

“Yaxşı taktiki dəbilqələr, o cümlədən İsrail Müdafiə Qüvvələrinin istifadə etdiyi dəbilqələr təkcə tapançadan deyil, həm də hücum tüfəngindən gələn birbaşa zərbələrə tab gətirə bilir. Gördüyümüz şeyləri hətta qoruyucu dəbilqə adlandırmaq olmaz, çünki hər hansı bir güllə belə bir dəbilqədən asanlıqla keçib, necə deyərlər, digər tərəfdən çıxa bilər. Yəqin ki, İsraildə qoruyucu vasitələrini Ukraynaya təhvil verməmək qərarına gəliblər və İsrail əsgərinin geyinməyəcəyi şeyi təhvil veriblər. Ya da, ola bilsin ki, Kiyev saxta olduğu ortaya çıxan daha ucuz dəbilqələr alırıb”, – analitik qeyd edir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »