Rusiya Hava Nəqliyyatı Agentliyinin rəhbəri sınıqlarla reanimasiyada

0

Rusiya Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko çoxsaylı qançırlar və sınıqlarla reanimasiyaya yerləşdirilib.

Xəstəxanadakı mənbənin sözlərinə görə, Neradko velosipeddən yıxılıb. Məmura qabırğa, çanaq sümüklərinin sınığı və əzilmiş xəsarətlər diaqnozu qoyulub. Onun üzündə qançırlar var.

Baş verənlərin digər təfərrüatları verilmir, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri özü yıxılmanın dəqiq necə baş verdiyini izah edə bilməyib.

O, əməliyyat olunub və hazırda vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də velosipeddən yıxılıb. Onun sözlərinə görə, ayağını pedalın ətrafındakı qayışdan çıxara bilməyib və yerə yıxılıb. Amerika prezidenti üçün heç bir xəsarət qeydə alınmayıb. Daha sonra prezident özünü əla hiss etdiyini bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »