ABŞ rəsmisi bildirib ki, İran Rusiyaya Ukraynadakı müharibə üçün potensial olaraq, yüzlərlə pilotsuz təyyarə tədarük etməyi planlaşdırır, bəziləri döyüş qabiliyyətinə malikdir.
Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, ABŞ-a daxil olan kəşfiyyat məlumatlarına görə, İran Rusiya qüvvələrinə pilotsuz uçan aparatlardan necə istifadə etməyi öyrətməyə hazırlaşır.
O əlavə edib ki, İranın onları təhvil verib-verməməsi hələ aydın deyil.
Dronlar həm Ukrayna, həm də Rusiya üçün davam edən müharibənin tərkib hissəsi olub.
Keçən həftə Ukrayna müharibə səylərinə kömək etmək üçün, minlərlə pilotsuz uçan aparatın bağışlanmasını istəyibdi.
Cənab Sullivan əlavə edib ki, ABŞ-ın əldə etdiyi kəşfiyyat məlumatları Rusiyanın Ukraynanın şərqinə hücumunun “öz silahlarını saxlamaq bahasına” olduğu fikrini dəstəkləyir.
O, həmçinin qeyd edib ki, İran pilotsuz təyyarələri əvvəllər Yəmən husi üsyançıları tərəfindən Səudiyyə Ərəbistanına hücum etmək üçün istifadə edilib.
Onun şərhləri ABŞ prezidenti Co Baydenin bu həftə İsrail və Səudiyyə Ərəbistanına səfərindən əvvəl gəlib. Hələ heç bir ölkə Ukraynada müharibə apardığı üçün, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.
İsrail onun aradan qaldırılmasını tələb edən İranı özünün ən böyük regional təhlükəsi kimi görür.
- Ukraynadakı növbəti döyüşlərdə pilotsuz təyyarələrin gizli müharibəsi baş verir
ABŞ və digər müttəfiqləri fevral ayından bəri Ukraynaya milyardlarla dollar dəyərində silah tədarük edib.
Cənab Sullivan bildirib ki, ABŞ “Ukraynanın effektiv müdafiəsini dəstəkləməyə” davam edəcək.