SON XƏBƏR: SOCAR Ukraynanın İrpin şəhərinin bərpasına qoşulub

0

İrpin şəhərinin meri ilə bağlanmış müqavilələrə əsasən, SOCAR Ukrayna Layihəsi çərçivəsində SOCAR Energy Ukraine birlikdə Zərifə Əliyeva adına 12 nömrəli İrpin məktəbinin dağıdılmış dam örtüyünün bərpasında, həmçinin pəncərə və qapıların dəyişdirilməsində iştirak edib. Bundan başqa, Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması istiqamətində də bir sıra işlər görüləcək.

“SOCAR İrpin şəhərinə kömək əlini uzadıb. Biz 12 nömrəli məktəbin təmirini və Zərifə Əliyeva adına parkın su təchizatını maliyyələşdirəcəyik”, – SOCAR şəbəkəsinin direktoru İqor Orlov bildirib.

İrpinin meri Aleksandr Markuşinin sözlərinə görə, bir çox evlərin, məktəb və uşaq bağçalarının yenidən qurulmasına ehtiyac var. Bunun üçün çoxlu resurs və kömək lazımdır.

“İrpin müxtəlif biznes sahələrində fəaliyyət göstərən bütün müəssisələri gözəl şəhərimizin bərpasına qoşulmağa çağırır. Təklif edirik ki, sizin müəssisələrinizin adı bizim İrpinin tarixinə ömürlük yazılsın”, – İrpinin investisiya şurasının sədri Vladimir Karplyuk bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »