Əgər qovunları mövsümündə yeyirsinizsə və qabıqlarını atırsınızsa, artıq dayanmağın vaxtıdır. Bostan qabığının inanılmaz və möcüzəvi faydalarını sizin üçün sadalayırıq…
Ləzzətli ətri ilə yay meyvələri arasında tez-tez seçilən qovun demək olar ki, vitamin anbarıdır.
Mütəxəssislər, qovun tərkibindəki natrium, kalium, dəmir və maqneziumun qabıqlarda da olduğunu və istehlak edilməli olduğuna diqqət çəkirlər.
Təbabətin atası kimi tanınan İbn-i Sina qovun qabıqlarının dəri xəstəliklərini yox etməkdə inanılmaz təsirə malik olduğunu və bir çox xəstəliklərin qarşısının alınmasında şəfa mənbəyi olduğunu bildirir.
Bəs qovun qabıqları necə qiymətləndirilir? Qovun qabığının faydaları…
Qaynadılmış qovun qabığı suyunun faydası
- Bostan qabıqları 5 dəqiqə qaynadıldıqdan sonra, qarqara ilə dişləri və diş ətlərini təmizləmək olar.
- Çay kimi dəmlənən qovun qabıqlarını saç köklərinə sürtməklə tökülməni azalda bilərsiniz.
- Dəmlədiyiniz qovun çayını pambıq köməyi ilə dərinizə çəkərək tonik olaraq istifadə edə bilərsiniz.
- Aç qarına içilən qovun çayı maddələr mübadiləsini aktivləşdirir, piylərin yandırılmasını sürətləndirir, ödem və şişkinliyə yaxşı təsir edir.
- Qovun suyu böyrək daşlarını da məhv edir, sedef və ekzemanın qarşısını alır.