Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib ki, xilasedicilər işlərini davam etdirirlər.
Donetsk vilayətinin Çasov Yar şəhərində beşmərtəbəli binanın dağıntıları altından xilasedicilər artıq 19 nəfərin cəsədini çıxarıblar.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Telegram-da məlumat yayıb.
“Daha bir mərhumun cəsədi xilasedicilər tərəfindən Çasov Yar şəhərində mərmilərin atəşə tutulması nəticəsində dağılmış 5 mərtəbəli yaşayış binasının dağıntıları altından çıxarılıb. Belə ki: Ölən 19 nəfər tapılaraq dağıntılar altından çıxarılıb, 8 nəfər dağıntılar altından xilas edilib, evin 138 tona yaxın dağılmış elementləri təmizlənib və sökülüb”, – məlumatda deyilir.
Axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, işğalçılar iyulun 9-da axşam Donetsk vilayətinin Baxmut rayonunun Çasov Yar şəhərini “Qasırğalar”dan atəşə tutublar. Raketlər 5-ci mərtəbəyə düşüb. Evin iki girişi tamamilə dağılıb.
Donetsk FHN-nın rəhbəri Pavel Kirilenko bildirib ki, dağıntılar altında 9 yaşlı uşaq da daxil olmaqla azı 30 nəfər qala bilər.