Saatlıda Qara dənizdən ölkəmizə xam şəkər daşıyan 3 yük vaqonu aşıb

0

İyulun 9-da saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib.

İctimairey.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilən məlumata görə, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb.

İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə “Azərbaycan Dəmir Yollar” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur.

Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »