Bayden Rusiya və Çini məğlub etmək üçün, Səudiyyə Ərəbistanına səfər edir

0

ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb. Səfərin məqsədi Rusiya və Çinlə qarşıdurma yaratmaqdır

“Biz Rusiyaya qarşı durmalı, Çini ötmək üçün özümüzü ən yaxşı vəziyyətdə qoymalı və dünyanın müvafiq regionunda daha böyük sabitlik üçün çalışmalıyıq. Bunun üçün biz, bu nəticələrə təsir edə biləcək ölkələrlə birbaşa əlaqə saxlamalıyıq. Səudiyyə Ərəbistanı da onlardan biridir”, – Bayden Amerikanın “The Washington Post” qəzetində bildirib.

Bayden gələn həftə Yaxın Şərqə səfər edəcək. O qeyd edib ki, cümə günü Səudiyyə Ərəbistanı liderləri ilə görüşə hazırlaşır. Amerika prezidenti bildirib ki, məqsəd qarşılıqlı maraq və öhdəliklərə, həmçinin ABŞ dəyərlərinə hörmətə əsaslanacaq, strateji tərəfdaşlığı gücləndirməkdir.

ABŞ hesab edir ki, Çin Ukraynadakı vəziyyətdə Rusiyanın tərəfini tutub. G7 ölkələri, o cümlədən ABŞ Çini xüsusi əməliyyatı başa çatdırmaq üçün, Rusiyaya təzyiq göstərməyə çağırır. ABŞ Konqresi Çinin Rusiya Federasiyası ilə enerji əlaqələrini gücləndirdiyinə görə, iki ölkə arasındakı dostluqdan narahatdır.

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Hayn bildirib ki, “pərdəarxası” ÇXR Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Moskvaya kömək edir. Rusiya Federasiyasının Ukraynada fevralın 24-dən davam edən xüsusi əməliyyatı ilə əlaqədar ABŞ da anti-Rusiya sanksiyaları tətbiq edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »