Milli Həmrəylik Partiyası: Əziz soydaşlar və dindaşlar!

0

Bu gün Türk-İslam aləmi olaraq birlik, bərabərlik, həmrəylik, qardaşlıq bayramı olan Qurban bayramını birlikdə qeyd edirik. Biz azərbaycanlılar üçün əlamətdar bir hal da ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin nəticəsində biz artıq ikinci ildir ki, Qurban bayramını qalib ölkənin vətəndaşları kimi qarşılayırıq. İndi Azərbaycanımızın hər yerində olduğu kimi Qarabağda da, Şəqri Zəngəzurda da qurbanlar kəsilir. Siyasi paytaxtımız Bakı ilə yanaşı, mədəniyyət paytaxtımız Şuşada da bu gün əsl bayram sevinci yaşanır.

Milli Həmrəylik Partiyası olaraq biz, bütün dünya azərbaycanlılarını, müsəlman bacı və qardaşlarımızı İslam dininin humanizm və fəzilətlərinin yüksək təcəssümü olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların Allahdan qəbul olunmasını diləyir, hər kəsə xeyir-bərəkət, rifah və xoşbəxtlik arzulayırıq. Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə hər birinizə bol-bol bayram sevinci diləyirik. Bu müqəddəs bayramı sevdiklərinizlə birgə sevinc və əminamanlıq içində keçirməyinizi arzu edirik. Qoy dünyamıza, ölkəmizə və millətimizə hüzur və xoşbəxtlik dolu günlər nəsib olsun.

Son iki ildə bayram günlərini qalib xalq kimi qeyd etməyimizə görə əziz şəhidlərimizə, qəhrəman hərbçilərimizə, qazilərimizə borcluyuq. Vətən uğrunda, ərazi bütövlüyümüzün bərpası naminə öz canlarını fəda edən bütün şəhidlərimizi bu gün dərin şükranlıq hissilə yad edirik, Şanlı Ordumuzun hər bir əsgər və zabitini, cəsur qazilərimizi, Müzəffər Ali Baş Komandanımızı bayram münasibətilə ürəkdən təbrik edirik.

Uca Allah xalqımıza Yar olsun.

Bayramınız mübarək olsun!

Hörmətlə:

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »