Ukrayna hərbçilərinin və müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı 1 milyon nəfəri ötüb, ölkənin Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov bildirib.
Reznikovdan sitat gətirib: “Bu gün bizim təhlükəsizlik və müdafiə sektorunun fəaliyyətini təmin edən 1 milyondan çox uniformalı insanımız var.
Ukrayna Silahlı Qüvvələrində – 700 000-ə qədər
Milli Polisdə – 100 000-ə qədər
Milli Qvardiyada – 90 000-ə qədər,
Sərhəd qoşunlarında – 60 000-ə qədər adam var.
May ayında Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna qoşunlarının sayının təxminən 700 min nəfər olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu, imzaladığı fərman sayəsində baş verib.