Bu ilin birinci yarısında QARABAĞda “Artsaxda” 864 doğuş qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 204 və ya 131% çoxdur. “Artsaxın” Milli Statistika Xidmətinin Sosial Demoqrafiya və Əmək Bazarı Statistikası Departamentinin rəhbəri Liliya Petrosyan bildirib.
“Yeni doğulanların əksəriyyəti – 53,6%-i oğlanlardır. Onların arasında ən çox yayılmış adlar David, Tiqran, Hayk, qızlar arasında isə Mane, Mariya, Evadır”, – Liliya Petrosyan bildirib. (44 günlük müharibədə həlak olanların adları)
O, həmçinin bildirib ki, QARABAĞ – “Artsaxda” 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə ölüm nisbəti 22,5% azalıb. Bunun nəticəsidir ki, cari ilin birinci yarısında təbii artım 372 nəfər təşkil edib.