Rusiya prezidenti Vladimir Putin Rusiya Lisiçansk şəhərini ələ keçirdikdən sonra, müdafiə nazirinə Ukraynaya hücumu davam etdirməyi əmr edib.
Rusiya televiziyası cənab Putinin digər cəbhələrdəki qüvvələri “əvvəlcədən təsdiq edilmiş planlara” uyğun olaraq, öz məqsədlərinə çatmağa çağırdığını göstərib.
Tutulma o deməkdir ki, bütün Luqansk vilayəti indi Rusiyanın əlindədir.
Ukrayna vilayətinin qubernatoru bir müddət əvvəl şəhəri rusların uzaqdan dağıtmaması üçün tərk etdiyini bildirmişdi.
Sergey Qayday BBC-yə bildirib ki, indi əsgərlər yeni möhkəmləndirilmiş mövqelərə keçiblər.
O, şəhəri itirmək və Luqansk üzərində nəzarəti Rusiyaya təhvil vermək ağrılı olduğunu deyib, lakin əlavə edib: “Biz yalnız bir döyüşdə uduzduq, müharibədə yox.
O, Rusiyanın üstünlüyünü kompensasiya etmək üçün, Qərbdən daha çox silah tələb edib.
Prezident Vladimir Zelenski and içib ki, Ukrayna qoşunları “müasir silahların tədarükünün artırılması sayəsində” Lisiçanski geri almaq üçün geri qayıdacaqlar.
- Ukraynaya hansı silahlar verilir?
Ukrayna qüvvələrinin məlumatına görə, Rusiya indi qonşu Donetsk vilayətinin şəhərlərini, xüsusilə Sloviansk ətrafındakı əraziləri və Lisiçansk ilə Baxmut arasındakı yola bombardmanlarını gücləndirib.
Donetsk və Luqansk vilayətləri birlikdə Donbassın sənaye zonasını təşkil edir.
Putin müdafiə naziri Sergey Şoyquya deyib ki, Luqanskın ələ keçirilməsi əməliyyatında iştirak edən qoşunlar “dincəlməli və döyüşə hazır vəziyyətə gəlməlidir”.
“Digər hərbi birləşmələr, o cümlədən “Vostok” və “Zapad” qrupları əvvəlcədən təsdiq edilmiş planlara uyğun olaraq, öz tapşırıqlarını yerinə yetirməlidirlər”, – deyə o, Luqansk vilayətində olduğu kimi bu cəbhələrdə də eyni uğura imza atacaqlarına ümid etdiyini bildirib.
Fevralın 24-də Ukraynaya hücuma başlamazdan bir müddət əvvəl Putin bütün Luqansk və Donetski müstəqil dövlətlər kimi tanıyıb. 2014-cü ildə Cəmi bir həftə əvvəl rus qoşunları Rusiyanın bombardmanları nəticəsində xarabalığa çevrilən Severodonetski ələ keçirib.
Donbasda xidmət edən üç ukraynalı əsgər orada gedən döyüşləri vəhşilik kimi qiymətləndirib.
“Ruslar şəhəri, kəndi tamamilə dağıtmağı sevirlər. Orada kimin olmasının fərqi yoxdur – mülki ukraynalılar və ya hərbçilər”, – Luqansk vilayətində cəbhə xəttindən yenicə qayıdan könüllü döyüşçü Mark deyib.
Başqa bir əsgər Nikolay deyib ki, “dəhşətli” olduğunu etiraf etməsək yalan danışmalı olacağıq.
Hər üç əsgər Ukraynanın qoşunları silahsız qalanda geri çəkilməsi ilə razılaşır: “Mövqe saxlamaq çox çətindir. Çoxlu ölümlər. Heç nə qalmayıb. Nə mülki əhali, nə də şəhər.
Onlar qurbanlar haqqında təfərrüat verə bilmirlər, amma “çox”olduğunu danışırlar. “Ortaq yeməyimizi bölüşdürdüyümüz insanlar, bizim kimi könüllülər. Çoxları getdi”.
Bununla belə, onlar təkid edirdilər ki, bir neçə gündən sonra, döyüşmək üçün Donbasa qayıdacaqlar.
Lisiçanskı tərk etmək qərarı barədə danışan cənab Qayday deyib: “Hərbçilərimiz şəhəri uzun müddət saxlaya bilərdi, lakin hazırda Rusiya artilleriya və sursat sahəsində böyük üstünlüyə malikdir. Sadəcə uzaqdan şəhəri dağıdacaqdılar, ona görə də qalmağın mənası yox idi”.
Cənab Hayday bildirib ki, qoşunlar artıq Donetsk yaxınlığındakı mövqelərə yerləşdirilib, lakin 10 min nəfər şəhərdə qalıb.
XÜLASƏ
- Ukraynanın bərpa planı üçün 750 milyard dollara ehtiyacı var və rus oliqarxları xərcləri ödəməlidir, Ukraynanın baş naziri Denis Şmıqal İsveçrədəki bərpa konfransında bildirib.
- Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Avropaya böyük yardım proqramına istinad edərək, Ukraynanın yenidən qurulması üçün yeni Marşal Planı hazırlamağa çağırıb.
- Avropa Komissiyasının prezidenti Ursula von der Leyen konfransda bildirib ki, Rusiya Ukraynanın varlığını sarsıtmaq istəyir, lakin o, müharibədən daha güclü və müasir ölkə kimi çıxa bilər.
- Ukrayna ordusu keçən həftə Rusiya qoşunlarının Qara dənizdəki kiçik, lakin strateji əhəmiyyətli adadan geri çəkilməsindən sonra, İlan adasında yenidən Ukrayna bayrağını qaldırdığını bildirib.