Türkiyə Rusiya tərəfinin icarəyə götürdüyü “Jibek Zholy” quru yük gəmisi ilə daşınan taxılın mənşəyi ilə bağlı araşdırmalara başlayıb, Türkiyə rəsmiləri bildiriblər.
Məlumata görə, gəmi Karasu limanındadır. O, yükün mənşəyi və trayektoriyası müəyyən edilənə qədər orada qalacaq. Qeyd olunur ki, Türkiyə Ukrayna taxılının ixracı üçün, təhlükəsiz dəhliz yaradılması məsələsində Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış etdiyi üçün ehtiyatlı davranır. TASS xəbər verir ki, mənbə Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə taxıl problemi ilə bağlı görüşün “artıq gələn həftə” keçirilə biləcəyini istisna etməyib.
Xatırladaq ki, Qazaxıstan Dəmir Yolları yükdaşıyıcının rusiyalı icarəçisinə Berdyanskdan Türkiyəyə daşınan taxılın mənşəyinin aydınlaşdırılması tələbi ilə sorğu göndərib. Eyni zamanda, şirkətin mesajında Estoniyanın Manqelbert OU şirkəti ilə Türkiyə tərəfi arasında taxıl satışı sövdələşməsinin bağlandığı göstərilir. Avropada qeydiyyatdan keçmiş şirkət olan satıcı əməliyyatın legitimliyini bəyan edib.
Türkiyə gömrüyünün nümayəndələri Kiyevin tələbi ilə, Rusiyaya məxsus yük gəmisini saxlayıblar. Ukrayna iddia edir ki, gəmi guya Ukrayna taxılını daşıyır.