Kipr prezidentliyinə namizəd, hakim Demokratik Toplantı Partiyasının (DTP) sədri Averof Neofitou adayı NATO-ya üzv olmağa dəvət edib. Mediya xəbər verir ki, o, belə bir təşəbbüslə partiyanın yaradılmasının 46-cı ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib.
Neofitou 100 bəndlik “Sonrakı Gün üçün Plan” seçki proqramını təqdim edib və partiyasının “Kiprin təhlükəsizliyini təmin etmək üçün, praqmatik yanaşma” tutduğunu bildirib. Buna görə də o, adanın NATO-ya daxil olması üçün, müraciət etməyə çağırıb.
“Biz tabunu aradan qaldırırıq və Avropa, Avro-Atlantik institutları və NATO-nu işə cəlb etməyə çağırırıq. Kipr ellinizminin sağ qalmasını təmin edəcək şəkildə ölkəmizin effektiv təhlükəsizlik tənliyinə girsinlər. Hesab edirəm ki, Kipr indi NATO-ya üzvlük üçün müraciət etməyi prioritet hesab etməlidir. Həm də ki, karbohidrogenlər təhlükəsizlik kimi Kipr problemini də aça bilər”, – o vurğulayıb.
Siyasətçi əlavə edib ki, onun partiyası dövlətin yenidən qurulmasının və konstitusiyaya yenidən baxılmasının tərəfdarıdır. Onun fikrincə, indi ölkə 1960-cı ilin strukturları çərçivəsində fəaliyyət göstərə bilmir.
“Bu gün biz bütün dövləti hər bir vətəndaşın cib telefonuna yerləşdirməyə qərarlı olduğumuz zamandı” Neofitou deyib.
Prezidentliyə namizəd həmçinin Kiprin “azad və bütöv”, müasir, rəqəmsal və yaşıl keçid modeli olmağa çağırıb. Ada həm də “şəffaflıq, hesabatlılıq və qanunun aliliyini təmin edən” ədalətli olmalıdır.