İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edəcək

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasının nəticəsi 15 illik fasilədən sonra İsrail aviaşirkətlərinin Türkiyə ərazisinə müntəzəm uçuşlarının bərpası ola bilər. Bundan əlavə, Təl-Əviv və Ankara mülki aviasiya sahəsində əməkdaşlığı bərpa edəcəklər, Türk mediyası xəbər verir.

Məlumata görə, İsrail və Türkiyə tərəfləri arasında iyulun 4-də keçirililmiş danışıqlarda müntəzəm uçuşların tezliyinin artırılması və sərnişinlərin təhlükəsizliyi məsələlərinin həlli də müzakirə olununub.

İsrail aviaşirkətləri 2007-ci ildən Türkiyəyə uçuşlar həyata keçirmir, bütün bu müddət ərzində iki ölkə arasında hava nəqliyyatı yalnız Türkiyə tərəfdən həyata keçirilirdi.

Comments are closed.

Tərcümə »