Liviyada etirazçılar parlament binasına soxularaq, binanın bir hissəsini yandırıblar

0

Liviyadan xəbər verir ki, etirazçılar şərqdəki Tobruk şəhərində Liviya parlamentinin binasına soxulub və binanın bir hissəsini yandırıblar.

Liviyanın digər şəhərlərində davam edən elektrik kəsintiləri, qiymət artımı və siyasi dalana qarşı mitinqlər keçirilib.

Rəqib hökumətin idarə etdiyi paytaxt Tripolidə nümayişçilər seçkinin keçirilməsini tələb ediblər.

Onların tələbini müvəqqəti birlik hökumətinin başçısı Abdel Hamid Dbeiba dəstəkləyib və ölkənin bütün qurumlarının dəyişdirilməsinin lazım olduğunu bildirib.

İğtişaşlar BMT-nin vasitəçiliyi ilə Cenevrədə səsverməyə zəmin hazırlayan danışıqların çox irəliləyiş olmadan başa çatmasından bir gün sonra baş verib.

Liviyada 2011-ci ildə uzun müddət hökmdar olan polkovnik Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən NATO-nun dəstəklədiyi qiyamdan bəri xaos hökm sürür.

Ölkə bir vaxtlar pulsuz səhiyyə və təhsillə Afrikanın ən yüksək həyat standartlarından birinə malik idi.

Lakin onun çiçəklənməsinə səbəb olan sabitlik pozulub və Tripoli indi tez-tez müxalif qüvvələr arasında toqquşmaların şahidi olur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »