Lerik, Lənkəran və Biləsuvar gəncləri üçün “Həmrəy könüllü” layihəsi həyata keçirilib-FOTO

0

Lerik, Lənkəran və Biləsuvar gəncləri üçün “Həmrəy könüllü” layihəsi icra olunub. Layihə çərçivəsində region gəncləri sosial hüquqlara çıxış imkanlarını təşviq etmək mövzusunda məlumatlandırılıb, insan hüquqlarının təhsili üzrə təlimat vəsaitindən “Bir addım irəli atın” məşğələsi keçirilib.

İctimairey.az Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) saytına istinadla xəbər verir ki, layihə gənclər arasında intellektual oyun və müxtəlif enercayzerlərlə davam edib

Qeyd edək ki, layihə Fransanın Strasburq şəhərində keçirilən “Gənclərin hüquqlara çıxışı” adlı layihəsi çərçivəsində “50/50” təliminin yerlərdə icra edilməsi məqsədilə təşkil olunub və GİKM-in Lerik nümayədəliyinin direktoru Ayfər Şakirli bir müddət əvvəl sözügedən təlimlərdə iştirak edib. Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »