Zelenski rus media işçilərini “cəzalandıracağına” söz verib

0

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı hərəkətlərinə dəstək verən Rusiya KİV əməkdaşlarını “cəzalandıracağına” söz verib.

Çərşənbə axşamı Ukrayna prezidentinin ofisinin yaydığı axşam videomüraciətində Zelenski bu yaxınlarda BMT-də necə danışdığını açıqlayıb və Rusiya ordusunun Ukraynadakı hərəkətlərini nəzərdən keçirmək üçün, tribunal yaratmağa çağırıb.

“Bu terror haqqında yalan danışan, Rusiya ordusunun hərəkətlərinə bəraət qazandırmağa çalışan rus təbliğatçılarının məsuliyyəti barədə ayrıca danışmaq istərdim. Hər biriniz də cəzalandırılacaqsınız”, – Zelenski əlavə edib.

Eyni zamanda, Ukrayna prezidenti rus media işçilərini necə “cəzalandırmaq” niyyətində olduğunu dəqiqləşdirməyib.

Çərşənbə axşamı Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə danışıb. O, Rusiyanın “terrorçu dövlət” kimi tanınmasına, BMT Təhlükəsizlik Şurasından çıxarılmasına və onun hərəkətlərinə yenidən baxılması üçün “tribunalın” yaradılmasına çağırıb. BMT Təhlükəsizlik Şurasının iclası raket hücumları məsələsinə baxılması üçün, Ukraynanın təşəbbüsü ilə çağırılıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »