“Bu, prezident Putinə bir siqnaldır”. NATO Finlandiya və İsveçi Madrid sammitinə dəvət edəcək

0

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətini dəstəkləyəcək, Finlandiya prezidentinin ofisindən bildirilib. Madriddə alyansın sammitindən əvvəl Türkiyə və Finlandiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Saulie, həmçinin İsveçin baş naziri Maqdalena Anderssonun iştirakı ilə görüş keçirilib.

“Bu görüşdən sonra, xarici işlər nazirlərimiz bu həftə Madrid sammitində Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmaq dəvətini dəstəkləyəcəyini təsdiqləyən üçtərəfli memorandum imzaladılar”, – ofisdən bildirilib.

Yaxın iki gündə tərəflər ölkələrin alyansa qoşulması üçün, konkret addımlar barədə razılığa gələcəklər, lakin indi bu qərar “qaçılmazdır” ofisdən bildirilib.

Ərdoğan administrasiyası da öz növbəsində İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu təsdiqləyib və Ankara ona lazım olan bütün təminatları alıb. Dövlət başçıları birgə memorandum imzalayıblar. Bu, ölkələrin NATO-ya qəbulu və Türkiyənin buna etirazlarının aradan qaldırılması prosesi üçün bir yol xəritəsidir.

Onun əsas müddəaları bunlardır:

  • İsveç və Finlandiya Ankaraya PKK-nın hər hansı maliyyələşdirmə və işə götürmə fəaliyyətini araşdırıb dayandıracağına söz verdi;

İsveç iyulun 1-dən terror cinayətləri ilə bağlı qanunu sərtləşdirəcək və Türkiyə ilə razılaşaraq, bu cür qanunvericiliyi sərtləşdirməyə davam edəcək;

  • İsveç və Finlandiya Türkiyənin şübhəli terrorçuların ekstradisiyası ilə bağlı müraciətlərinə sübut və kəşfiyyat məlumatlarını nəzərə alaraq baxmağı öhdələrinə götürüblər;

Hər iki ölkə, həmçinin tənzimləyici bazanı NATO müttəfiqləri qarşısında öhdəliklərə və alyansın üzvlərinin statusuna uyğunlaşdıracaq;

Madriddə keçirilən NATO sammitindən əvvəl Türkiyə Finlandiya və İsveçin alyansa qoşulmasına razılıq verib. Üç dövlətin liderləri Helsinki və Stokholmun təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində Ankaranın narahatlığını nəzərə almağa söz verdiyi birgə memorandum imzalayıblar. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, iyunun 29-da Finlandiya və İsveç rəsmi olaraq, alyansa qoşulmağa dəvət olunacaq. Onun fikrincə, bu hadisə Baltikyanı regionda vəziyyəti kökündən dəyişəcək.

Türkiyə, Finlandiya və İsveç təsdiq edir ki, hazırda onlar arasında heç bir milli silah embarqosu yoxdur.

Niiniste ofisi qeyd edib ki, bu memorandum üç ölkənin “bir-birinin təhlükəsizliyinə təhdidlər yarandığı halda tam dəstək” öhdəliyinə işarə edir.

“Finlandiya terrorizmi bütün forma və təzahürlərində pisləyir. NATO üzvü kimi Finlandiya NATO-nun terrorla mübarizə sənədlərinə və siyasətlərinə tam əməl edəcək”, – bəyanatda deyilir.

Ankaranın şərhi

Ərdoğanın ofisi bildirib ki, Helsinki və Stokholm bütün mümkün terrorçulara qarşı mübarizədə Ankara ilə həmrəylik nümayiş etdirəcəklərini və Suriya Kürd Özünümüdafiə Qüvvələrinə və vaiz Fətullah Gülənin FETÖ hərəkatına dəstək verməyəcəklərinə söz veriblər.

“Türkiyə istədiyinə nail oldu. Ölkələr Kürdüstan Fəhlə Partiyası (PKK) və onun qolları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu sahədə əməkdaşlıq istiqaməti genişləndiriləcək. Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün, strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq. Finlandiya və İsveçin Aİ-nin təhlükəsizlik mexanizmlərində ən geniş şəkildə iştirakına dəstək veriləcək”, – ofisdən bildirilib.

Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, Finlandiya və İsveç NATO-ya daxil olacaqları təqdirdə Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.

“Biz alyansda təsadüfi ölkə deyilik” deyən prezident Türkiyənin 70 ildir NATO üzvü olduğunu xatırladıb.

“Associated Press”in ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən verdiyi məlumata görə, Vaşinqton İsveç və Finlandiyanı NATO-ya dəvətə etirazlarını aradan qaldırmaq qərarı müqabilində Ankaraya heç bir vəd verməyib. Agentliyin mənbəsi qeyd edib ki, Türkiyə bu mövzuda aparılan danışıqlar çərçivəsində ABŞ-dan güzəşt istəməyib. Eyni zamanda rəsmi qeyd edib ki, ABŞ üç ölkə arasında danışıqlar prosesi baxımından əsas rol oynayıb.

“Qapılar açıq”

NATO-nun baş katibi Yens Stoltenberq üçtərəfli memorandumun imzalandığını təsdiqləyib və Madriddə keçiriləcək sammitdə NATO ölkələrinin Finlandiya və İsveçi alyansa qoşulmağa rəsmən dəvət edəcəklərini açıqlayıb. Eyni zamanda, onların NATO-ya daxil olma tarixi hələ də məlum deyil, çünki əvvəlcə “qoşulma protokolu bütün üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya edilməlidir”.

“Sabah alyansın liderləri Finlandiya və İsveçi ona üzv olmağa dəvət etmək qərarına gələcəklər. Bu sammitdən sonra, onlar dəvətli [ölkələr] olacaqlar, sonra bütün paytaxtlarda ratifikasiya prosesi başlayacaq”, – bildirilib.

Baş katibin sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya daxil olması Baltikyanı regionda vəziyyəti kökündən dəyişəcək.

“Onlar Baltikyanı ölkələri – Estoniya, Litva və Latviyanı əhatə edəcək və həmçinin dünyanın bu hissəsində mövcudluğumuzu gücləndirməyə imkan verəcək”, – Stoltenberq bildirib.

Onun sözlərinə görə, bu ölkələrin alyansa qəbul edilməsi qərarı “Prezident Putinə NATO-nun qapılarının yeni ölkələr üçün, açıq qalacağına dair siqnaldır”.

“Bu, yanvarda Avropa təhlükəsizlik sazişi təklif edərkən, istədiyinin əksi idi. O, [Rusiya sərhədlərində] daha az NATO istəyirdi, lakin indi daha çox NATO alacaq”, – Stoltenberq vurğulayıb.

Mayın 18-də Finlandiya və İsveçin səfirləri üzvlük üçün ərizələrini NATO-nun baş katibinə təqdim ediblər. Türkiyə bu ölkələri Ankaranın terrorçu hesab etdiyi kürd qruplarını dəstəkləməkdə ittiham edərək, onların nəzərdən keçirilməsinə mane olub. Ərdoğan eyni zamanda bildirib ki, Türkiyə Finlandiya və İsveçin terror təşkilatlarına münasibətini müəyyən edənə qədər, onların NATO-ya qəbulunu dəstəkləməyəcək. Bundan əlavə, Ankara İsveçi Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan embarqonu və digər məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

 162 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »