İordaniyada tanker faciəsi! 10 nəfər ölüb, 251 nəfər yaralanıb

0

İordaniyanın Aqaba limanında dəhşətli anlar yaşanıb. Limanda zəhərli qazla yüklənmiş tanker aşıb. Daha sonra partlayış baş verib. Sızma nəticəsində 10 nəfər həyatını itirib, 251 nəfər yaralanıb.

Qaz sızması hadisəsindən sonra mülki müdafiə bölməsində olan təhlükəli yük mütəxəssisləri limana gəlib. Ekspertlər araşdırma apararkən əraziyə girişlər bağlanıb. Yaralıların xəstəxanaya çatdırıldığı bildirilib.

Digər tərəfdən İordaniya Baş Nazirliyinin Twitter hesabından edilən açıqlamada baş nazir Bişr əl-Hasavnenin hadisənin səbəbini öyrənmək üçün Aqabəyə getdiyi paylaşılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »