Kolumbiyada korrida festivalında tribuna çöküb: 500 insan…- VİDEO

0

Kolumbiyanın Espinal şəhərində keçirilən “Korraleja” korrida festivalında tamaşaçıların olduğu tribunanın uçması nəticəsində 5 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Tolima inzibati bölgəsinin bir hissəsi olan Espinal şəhərində ölkədə ənənəvi korrida festivalında tamaşaçıların yerləşdiyi tribunanın bir hissəsi dağılıb.

Səlahiyyətlilər indiyədək insident nəticəsində 5 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını bildirib.

Hadisədən sonra böyük xaosun yaşandığı arenadan qaçan öküz küçələrdə çaxnaşmaya səbəb olub.

Sosial media platformalarında qəza anını əks etdirən videolar yayımlanıb. Ölən və yaralananların sayının artacağından ehtiyatlanır.

Tolima Mülki Müdafiənin açıqlamasında yaralananlar arasında qadın və uşaqların da olduğu paylaşılıb.

Digər tərəfdən, şəhərdəki xəstəxanada sıxlıq səbəbindən yaralılardan bəzilərinə müdaxilənin mümkün olmadığı, bölgədəki səhiyyə qurumlarından da dəstək istəndiyi bildirilib.

Espinal Bələdiyyəsi tərəfindən edilən açıqlamada hadisədən çox kədərləndikləri ifadə edilərək, “Hər kəsi sakitləşməyə çağırırıq. Yardım təşkilatları hərəkətə keçib. Axtarış-xilasetmə işləri və təxliyyələr davam edir” deyilib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »