Göygöl Suvarma Sistemləri İdarəsi qəliz bir problemin həllinə son qoydu.-FOTO

0

Göygöl Suvarma Sistemləri İdarəsi yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün, balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyətinin təmin olunmasını daim nəzarətdə saxlayır.

Qeyd edək ki, rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq işlər də aparılıb. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları mexanizmlə təmizlənib.

Lakin, görülən işlərə baxmayaraq, vətəndaş problemləri də az deyil.

Agentliyimizə daxil olan şikayət məktubuna istinadən, yerində məsələni araşdırmaq məqsədi ilə şəhid ailəsi Emin Rüstəmovun yaşadığı ünvana getdik.  Məlum oldu ki, problemi E. Rüstəmovun qonşusu Valeh Əmrahov yaradıb. O, küçənin arxa tərəfindən  keçən Xan arxı çayını  müxtəlif tullantı əşyalarla dolduraraq, çayın qarşısını kəsib və nəticədə Eminin həyatyanı sahəsini su basıb.

Biz bu məsələylə bağlı Göygöl Suvarma Sistemləri idarəsinin rəisi Əvəzov  İsmayıl Yusif oğluna müraciət etdik. İdarə rəisi bildirdi ki, artıq problemlə bağlı vətandaş özü onlara  müraciət edib, şəxsən özü və işçiləri həmin ərazidə dəfələrlə olub. Lakin qonşu V. Əmrahov, həyat yoldaşı,  gəlini maneə olduğu üçün, bu işi  tam başa çatdıra bilməyiblər.  Yenidən bizim iştirakımızla həmin əraziyə idarənin canlı işçi qüvvəsi və texnikası göndərildi. Həqiqətən də, V. Əmrahovun ailəsi tərəfindən idarə işçilərinin ünvanına nəlayiq ifadələrin işlədildiyini, texnikanın  daş-qalaq edildiyinin şahidi olduq. Gün ərzində davam edən davanın səngiməyəcəyi məcburiyyəti qarşısında, əraziyə sahə müvəkkli dəvət  edildi. V, Əmrahovla bu barədə ciddi söhbət aparıldı.

Artıq məsələ öz həllini tapıb. Belə ki, Göygöl Suvarma Sistemləri idarəsinin rəisi İsmayıl Əvəzov özü şəxsən əraziyə gəlib və yenidən göndərilən texnikanın, işçi qüvvəsinin köməkliyi ilə arx tullantılardan təmizlənib və çayın qarşısı açılıb.

Bu çətin və səbr tələb edən işdə bir şəhd ailəsinə yaxından göstərdiyi diqqət və qayğıya görə, İsmayıl Əvəzovla bağlı bir qədər araşdırma apardıq: O əvvəllər Mingəçevir, Yevlax, Goranboy rayonlarında müxtəlif vəzifələrdə – Baş mühəndis, Sahə rəisi, Idarə rəsi vəzifələrdə fəaliyyət göstərib. Işlədiyi bu dövrlərdə hər zaman müraciət edən vətəndaşları xoş qarşılayıb, problemlərini diqqətlə dinləyib və yüksək  səviyyədə həll edib. O da məlum oldu ki, birlikdə çalışdığı işçilər də daim sadə və təvəzökar İ. Əvəzovdan razı qalıb və onlar tərəfindən  böyük rəğbətlə qarşılanıb.

İctimairey.az Xəbər Agentliyi olaraq, öz adımızdan şəhid ailəsinin şikayəti ilə bağlı müraciətimizi səmimi qarşılayan və problemin həllini tez bir zaman ərzində yerinə yetirən İsmayıl Əvəzova dərin minnətdarlığımızı bildirir və çətin işində uğurlar arzulayırıq.

 Gülnar EYVAZOVA

 

 

 287 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »