Ağdamda tədbir: “Bizi zəfərə aparan ordum”

0

Ağdamda tədbir: “Bizi zəfərə aparan ordum”

IctimaiRey.az Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Bizi zəfərə aparan ordum” adlı tədbir keçirilib. Döyüş Şöhrəti Muzeyinin, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət işçiləri, məktəblilər, Azərbaycan Alpaqut Federasiyasının Ağdam rayon filialının idmançıları iştirak edib.Ağdamda tədbir: “Ağdamda tədbir: “Bizi zəfərə aparan ordum”

İctimairey.az xəbər verir ki, əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Ağdamda tədbir: “Bizi zəfərə aparan ordum” - AZƏRTAC

Zəngişalı kənd Mədəniyyət Evinin müdiri Fikrət Əliyev, Zəngişalı kənd Kitabxanasının müdiri Gülbəniz Bayramova, Qaradağlı kənd Mədəniyyət Evinin müdiri Zənurə Mirzəyeva, Qaradağlı kənd Kitabxanasının müdiri İradə Qasımova, şəhid Zaur İmanovun bacısı Səidə Varşabova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və başqaları çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi zəfərdən danışıblar.Ağdamda tədbir: “Bizi zəfərə aparan ordum” - AZƏRTAC

Tədbirdə məktəblilər vətənpərvərlik ruhunda şerlər söyləyib, mahnılar ifa edib, gənc idmançılar məharətlərini göstəriblər. AzərtacAğdamda tədbir: “Bizi zəfərə aparan ordum” - AZƏRTAC

 166 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »