Toyda faciə: Yaralılar var

0

Biləsuvar rayonunda toyda dava baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Belə ki, toyda iştirak edən qonaqlar arasında yaranan mübahisə dava ilə nəticələnib. Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri – 1984-cü il təvəllüdlü Əliyev Əli Rafiq oğlu və 1977-ci il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu arasında dava olub.Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »