İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü – FOTO

0

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin meyiti tapılıb.

IctimaiRey.az  bizim.media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Cəsəd Başakşehir ərazisindəki Olimpiya Stadionunun yaxınlığında tapılıb. Hadisə şahidləri bildiriblər ki, gecə saatlarında naməlum avtomobil stadionla üzbəüz meşəlik əraziyə daxil olub.

Oradan çıxan şəxslər çantaya bükülmüş meyiti atıb, daha sonra hadisə yerindən qaçıblar. Meyiti tapanlar dərhal polisə məlumat veriblər.

Cəsəd Başakşehir ərazisindəki Olimpiya Stadionunun yaxınlığında tapılıb. Hadisə şahidləri bildiriblər ki, gecə saatlarında naməlum avtomobil stadionla üzbəüz meşəlik əraziyə daxil olub.

 

İlkin araşdırma zamanı meyitin Azərbaycan vətəndaşı Mübariz Nuriyevə məxsus olduğu məlum olub. Həmçinin hüquq-mühafizə orqanları qatilin Nuriyevin kürəkəni (X.S) olduğunu üzə çıxarıb.

İstanbul polisinin məlumatına görə, kişi başının arxasından vurulan güllə nəticəsində dünyasını dəyişib. Onun bədənində də döyülmə izləri aşkar edilib.
Meyit lazımi prosedurların aparılması üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis müşahidə kameralarına baxış keçirdikdən sonra meyitin Nuriyevin kürəkəni tərəfindən çölə atıldığını müəyyən edib. Evində aparılan axtarışlar zamanı onun tapançası tapılıb. Bu silahla X.S. qayınatasını qətlə yetirib.

 54 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »