Quru sərhədlər bu tarixdə açılsın – Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ – VİDEO

0

“Operativ Qərargah tərəfindən quru sərhədlərin açılması ilə bağlı qərarın bu dəfə də verilməməsi məni çox məyus etdi. Çünki biz vətəndaşların təzyiqi altında qalmışıq”.

İctimaiRey.az  xəbər verir ki, bu fikirləri “Xəzər Xəbər”ə millət vəkili Razi Nurullayev deyib.

O əlavə edib ki, çox sayda insan uzun müddətdir sərhədin o tərəfində qalıb, turistlər ölkəmizə gələ bilmirlər. Həmçinin, 1 milyona yaxın Azərbaycan vətəndaşı da məhz quru sərhədlərindən istifadə etməklə kiçik alış-verişlə məşğul olur, ailəsini dolandırırdı. Bu isə dövlətin üzərində olan yükü xeyli azaldırdı.

Qeyd edək ki, Operativ Qərargahın son qərarı ilə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağası, həmçinin şənliklərlə bağlı məlumatların portala daxil edilməsi tələbləri ləğv olunub. Xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-nə kimi uzadılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »