Türkiyəli aktrisa Yonca Türkman faciəvi şəkildə dünyasını dəyişib.
IctimaiRey.az xəbər verir ki, 47 yaşlı aktrisa yaşadığı mənzilin 15-ci mərtəbəsində yıxılaraq vəfat edib. Hadisə İstanbulun Qaziosmanpaşa Karayolları Mahallesində baş verib.
Yoncanın eyvandan yıxılma səbəbi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırmalara başlanılıb.